Şrift:
GÜNEY XƏBƏRLƏRİ
19.10.2011 [18:59] - Köşə yazarları
HƏBSDƏ SAXLANAN AZƏRBAYCANLI JURNALİSTİN SƏHHƏTİ KƏSKİN PİSLƏŞİB

ETTELAAT-ın Təbriz şöbəsinin təcridxanasında saxlanan azərbaycanlı jurnalist və fəal Həsən Ərkin səhhətində ciddi problem yaranıb. “Media forum” saytının məlumatına görə, ağır psixi təzyiqlər altında saxlanan fəal ağciyərindən əziyyət çəkir, tənəffüsündə çətinlik var.
ETTELAAT-ın Təbriz bölməsinin əməkdaşları avqustun 24-də azərbaycanlı fəal Mustafa Əvəzpurun evində verilən iftara müdaxilə edərək Həsən Ərki 30-a yaxın digər azərbaycanlı fəalla birlikdə tutub.
Məhbus jurnalistin konkret nədə günahlandırıldığı bilinmir.


ƏRDƏBILLI MILLI FƏAL BƏHRUZ ƏLİZADƏNİN BACISI ŞƏHLA XANIM ETTELAATDA HƏDƏLƏNDİ


Dünən səhər saat 9 radələrində Ərdəbilli milli fəal Behruz Əlizadənin bacısı Şəhla Əlizadəyə ETTELAAT idarəsindən zəng edib, ondan iidarəyə gəlib bir sıra suallara cavab verməsini istəyiblər. Şəhla xanım bu məsələnin qanunsuz olduğunu bildirərək ora getməkdən imtina edib. Belə olduğu halda 1 saatdan sonra ETTELAAT-ın məmurları gəlib Şəhla xanımı evdən aparıblar. Ona "sənin Behruzla əlaqən var, sən Behruzun vasitəsiylə ilgi qurub orada olan(xaricdə) cərəyanları Abbas Lisaniyə deyirsən" - demişlər. Şəhla xanım bu ittihamların hamısın rədd edib və bildiri ki, bunlar yalandı.
Sonra Şəhla xanıma bildiriblər ki, onun haqqında Ərdəbilin inqilab məhkəməsində dosya açılıb və məhkəmə tərəfindən bildiriş gələcəkdir, bu ittihamların hamısına cavab verəcəyini bildiriblər.
Xatırladaq ki, Şəhla xanım 3 saat ETTELAAT idarəsində saxlanılıb və bu müddətdə o ETTELAAT məmurları tərəfindən təhdid və təhqirlərə məruz qalıb. Ona burada danışılan sözlər barədə heç yerdə danışmamasını bildiriblər.
3 saatdan sonra Şəhla xanım buraxılıb.


URMU GÖLÜ İLƏ BAĞLI ETİRAZ YÜRÜŞÜNƏ YENİ ÇAĞIRIŞ...


Güney Azərbaycanda Urmu Gölünü qurumaqdan qurtarmaq uğrunda mübarizə davam edir. Bu zəmində yeni Çağırış Bəyanatları yayılıb.
Bir qrup Azərbaycan Milli Hərəkatının Təbriz qolu fəalları tərəfindən yayılan bəyanatda, Urmu Gölü ilə bağlı keçən ayda keçirilən Etiraz Yürüşləri və rejimin zorakılıq əməlləri xatırladılıb və bu mübarizənin davam edilməsinin vacib olduğu vurğulanıb. Bəyanatda nəticə alınıb ki, Urmu Gölünün qurumaqdan qurtarmaq üçün yeni Etiraz Yürüşlərinə ehtiyac var. Milli Fəallar yeni Etiraz Yürüşünün keçirilmə zamanınıda müəyyənləşdiriblər.
Bəyanatda istəklər də açıq şəkildə qeyd olunub:
-Urmu Gölü hövzəsində Səddlər arxasında toplaşan suların dərhal azad edilməsi uğrunda əməli addımların atılması
-Azərbaycan şəhərlərində tutuqlanan mədəni fəalların azad edilməsi
-Son Etiraz Yürüşlərində əhali və milli-mədəni fəallara qarşı zor tətbiq edən amillərin mühakimə olunması
Qeyd etdiyimiz Bəyanatla eyni məzmunda olan və çağırışı dəstəkləyən başqa Bəyanatlarda yayılıb. Təbriz azad universitetinin bir qrup məzunu (fariğ-ül təhsil) və Təbrizin elmi-karbordi came universitetlərinin bir qrup öyrəncisi bəyanat yayaraq, Təbriz əhalisi və başqa azərbaycanlı soydaşlarımız müəyyən adilmiş vaxtda etiraz yürüşünə dəvət ediblər.
Həmçinin keçən günlərdə Təbrizdə çağırış vərəqələri də yayılıb. Çağırış vərəqələrində Urmu Gölünün acınacaqlı durumu və son yürüşlərdə tutulanlarla bağlı məlumatlar dərc olunub. Əhali isə yeni Etiraz Yürüşünə dəvət olunub.
Təbrizdə Mövzu ilə bağlı divarlar üzərində çağırış şüarları da yazılıb. Divarlara yazılan şüarlar nəzərdə tutulan etiraz yürüşlərinə çağırışdan ibarətdir.
Görüş
Yer: Təbriz bazarı (Ostandari ilə Rasta küçə arası)
Zaman: Oktyabrın 22-i (mehrin 30-u), yerli vaxtla saat 17:00


SİYASİ MƏHBUS DİNİ RƏHBƏRƏ MƏKTUB YAZIB

Məhəmməd Xatəminin prezidentliyi dövründə daxili işlər nazirinin köməkçisi olmuş siyasi məhbus Mustafa Taczadə İranın dini lideri ayətullah Əli Xamneyiyə açıq məktub yazıb.
, Bölgədəki ərəb xalqlarının azadlıq və ədalət uğrunda mübarizəsinə toxunan Mustafa Taczadə özü və dostlarının zindanda işgəncəyə məruz qaldığını bildirib: “Əgər ərəb xalqlarının istək və idealı əxlaq, mənəviyyat olsa, siz İran İslam Respublikasının rəhbəri kimi bu sistemin hansı nailiyyətini onlara təklif edəcəksiniz? Ölkə rəsmilərinin xalqa qarşı yalan və riyakarlığını, ölkənin bank sistemi tarixində baş vermiş ən böyük oğurluq və maliyyə fəsadını, yoxsa ölkə rəsmilərinin və məmurların vətəndaşlara qarşı insanlığa zidd hərəkət və rəftarını?
Bizim təsəvvürümüzə də gəlməzdi ki, islam hakimiyyəti və sistemində hansısa siyasi məhbus ailəsinə əl tutduğuna, ona maddi yardım göstərdiyinə görə günahsız vətəndaşları tutub qaranlıq və nəmişlik təcridxanalarda uzun müddət saxlayacaq, təzyiqə məruz qoyacaqlar. Yaxud eşitsəydik də inanmazdıq ki, islam hakimiyyətində hökumət məmurları siyasi məhbus ailələrinin toplaşdığı iftar süfrəsinə hücum çəkəcək, onları kollektiv şəkildə tutub həbsə salacaqlar.
Əxlaq və mənəviyyat baxımından bu sürətlə süquta və uçuruma doğru hərəkət edən bu sistemin sonrakı taleyi necə olacaq? Mən təkcə onu bilirəm ki, bu gün din və dini sistem adı ilə bu ölkədə baş verənlərin dinə heç bir dəxli yoxdur. Necə ki, bu işləri əmr edən rəsmilərin hərəkət və əməllərinin də Allahın dininə dəxli yoxdur”.
İslahatçı İnqilab Mücahidləri Təşkilatının və İran Müşarikət Cəbhəsinin üzvü olan Mustafa Taczadə 2009-cu ilin iyununda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlara görə 9 ay həbsdə saxlanıb. Sonradan hakimiyyəti tənqid edən yazılarına görə yenidən həbsə salınıb.
Tehran məhkəməsi Mustafa Taczadəni ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, vətəndaşları iğtişaşlara yönəltməkdə və dini rəhbər Əli Xamneyini təhqir etməkdə günahlandırılaraq 6 il həbsə məhkum edib. Məhkəmə həmçinin Taczadənin ictimai-siyasi fəaliyyətinə 10 il qadağa qoyub.


RƏFSƏNCANİ YEGANƏ ÇIXIŞ YOLUNU AZAD SEÇKİDƏ GÖRDÜYÜNÜ BİLDİRİR

İran İslam Respublikası Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani jurnalistlərə açıqlamasında xalqın hakimiyyətə etimadsızlığından danışıb.
ölkənin böhran içində olduğunu bildirən Rəfsəncani deyib ki, azad seçki keçirməklə xalqın hakimiyyətə olan əvvəlki etimadını bərpa etmək mümkündür: “Ölkəni indiki böhrandan çıxarmağın yeganə yolu azad, sağlam seçkilər keçirməkdədir. Ağıllı siyasət yürüdüb iki il müddətində azad, sağlam və şəffaf şəkildə həm parlament, həm prezident, həm də şuralara seçkilər keçirməklə qanunların icrasını təmin edə bilsək, xalqla hakimiyyət arasında yaranmış uzaqlığı aradan qaldıra bilərik.
Məhz belə bir tədbirlə islam inqilabından sonrakı illərdə olduğu kimi xalqın hakimiyyətə etimadını bərpa etmək və vətəndaşları yenidən sistemin himayədarına çevirmək mümkündür. Xarici siyasətə gəlincə, yalnız beynəlxalq və bölgədəki olayları düzgün təhlil edib radikal bəyanatlardan uzaqlaşmaqla xarici siyasətimizi yenidən qurmaq, ölkənin inkişafını təmin etmək olar”.
Bu xəbər oxucular tərəfindən 705 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed