Şrift:
Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb
19.02.2018 [10:34] - Xəbərlər, Hərb
London şəhərində Azərbaycan Respublikası və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.
Tədbirdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, eləcə də regional təhlükəsizlik və digər maraq doğuran məsələlər müzakirə olunub.
Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2018/2019-cu maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.
Bu xəbər oxucular tərəfindən 386 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed