Şrift:
Dağıstanda naməlum şəxs bayram iştirakçılarına atəş açıb
19.02.2018 [10:37] - Dərbənd
Dağıstanın Kizlər şəhərində naməlum şəxsin Maslenitsa bayramında atəş açması nəticəsində dörd nəfər ölüb.
Naməlum şəxs Maslenitsa bayramının qeyd olunduğu kilsədə insanlara atəş açıb. Nəticədə dörd nəfər ölüb, daha dörd nəfər yaralanıb. Zərərçəkənlərin üçü Rusiya Milli Qvardiyasının əsgərləridir.

Dağıstan hüquq mühafizə orqanlarının məlumatına görə, cinayətkar cavab atəşi ilə öldürülüb.

Fəridə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 32642 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed