Şrift:
Kolumbiya Senatından Azərbaycana daha bir jest
25.06.2012 [14:26] - Diaspor
Kolumbiya Senatı tərəfindən “Kolumbiya və Azərbaycan Respublikası arasında Dostluq Qrupu”nun yaradılması barədə Qətnamə qəbul edilib.

Azərbaycanın Meksikadakı Səfirliyindən daxil olan məlumata görə, Kolumbiya-Azərbaycan Dostluq Qrupuna Senatın Prezidenti Xuan Manuel Korso Roman (Juan Manuel Corzo Roman) və Kolumbiya Senatında 2012-ci ilin mart ayında qəbul edilmiş Azərbaycan Respublikası ərazisinin işğal edilməsi və Xocalı soyqırımı barədə Qərarın müəllifi, Senator Alexandra Moreno Pirakive (Alexandra Moreno Piraquive) daxil ediliblər.
Bu xəbər oxucular tərəfindən 1118 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed