Şrift:
İrandakı iğtişaşlarda 3 polis öldü
20.02.2018 [11:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın paytaxtı Tehranın şimalında baş verən iğtişaşlar nəticəsində 3 polis əməkdaşı ölüb. Bu barədə İran polisinin sözçüsü Səid Müntəzirulməhdi bildirib.

Onun sözlərinə görə, Tehranın Pasdaran xiyabanında nümayiş zamanı ictimai asayişi pozan şəxslər avtobusu polis əməkdaşlarının üzərinə sürüb. Hadisə nəticəsində 3 asayiş keşikçisi ölüb.
"Təxirə salınmaz tədbirlər nəticəsində polis əməkdaşlarını öldürən şəxslər həbs olunub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır", - deyə Səid Müntəzirulməhdi bildirib.

O qeyd edib ki, hazırda Pasdaran xiyabanında durum stabilləşib, vəziyyət hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.
Bu xəbər oxucular tərəfindən 433 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed