Şrift:
YUNESKO-nun Beynəlxalq Ana Dili Günü münasibəti ilə ismarışı
21.02.2018 [10:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. BMT (Birləşmiş Millətlər Təşkilatı) 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə həmin günü Beynəlxalq Ana Dili Günü elan etmişdir.

BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dil çeşitliliyi ilə bağlı öhdəliyinə sadiq qalaraq hər il üzv ölkələrdən Beynəlxalq Ana Dili Gününü müxtəif dillərdə qeyd olunmasını tələb edərək davamlı inkişaf üçün dil çeşitliliyinin vacibliyinə təkid edir.

YUNESKO təxminən 20 ildir dil çeşitliliyini qorumaq və ana dil əsasında təhsil səviyyəsini yüksəltmək məqsədi ilə Beynəlxalq Ana Dili Gününü təntənə ilə qeyd edir.

Dil çeşitliliyi dünyada təhdid altındadır. Orta hesabla dünyada hər həftədə bir dil, onunla daşınan mədəni və mənəvi dəyərlərlə birlikdə sıradan çıxır.

Təhsil səviyyəsi ana dil əsasında yaxşı yüksələ bilər. Bunun əhəmiyyəti uşaq bağçalarında daha çox dərk olunmalıdır. Ümumiyyətlə ictimai həyatda ana dilin inkişafına xüsusi əhəmiyyət verilməlidir.

Bu il YUNESKO ümumdünya insan hüquqları bəyannaməsinin 70-ci ildönümünündə bəyanat yayaraq dillə bağlı hər hansı ayrı-seçkiliklə əlaqədar xəbərdarlıq edir və bəyanatın 500-dən çox dilə tərcümə olunmasını böyük sevinclə qarşılayır.

Ümumdünya insan hüquqları bəyannaməsinin ikinci maddəsinə əsasən hər bir insan, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə bəyan edilən bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdır.

YUNESKO həmçinin davamlı inkişafın əsas tərkib hissəsi kimi dil çeşitliliyini vurğulamaq məqsədi ilə, xüsusi ilə də davamlı inkişafın 4-cü (SDG4) təhsil hədəfində 4.6 və 4.7 hədəflərinə mütəmərkiz olmaq üçün ayrıca bir gün təyin edib.

Davamlı inkişafın dil çeşitliliyi ilə bağlı hədəfi dünya vətəndaşlarının təhsilinə yardım etməkdir. Onlar bu vasitə ilə bir-birləri ilə mədəni əlaqə qurub, daha yaxşı yaşamaq yollarını tapa bilərlər.

YUNSEKO-nun baş direktoru Odre Azulenin mesajı

YUNESKO-nun məktəb müəllimlərinə təklifləri var:
- Uşaqlar özləri, ailələri və mədəniyyətləri haqda ana dilində danışsınlar
- Mədəni mərasimlər keçirilsin, uşaqlar ana dilində şeir və nağıl deyib, mahnı oxusunlar.
- Uşaqlar rəsm əsərləri çəkib onları boyasınlar. Əsərlərin altyazısı ana dilində olsun.

YUNSEKO-nun şagirdlərə müraciəti

- Bilin ki, başqa şagirdlər ana dillə yanaşı bir neçə dildə danışır. Müxtəlif dillərdə onlardan müsahibə alınır, rəy sorğu aparılır. Sorğunun nəticəsi internetdə yayılır.
- Müxtəlif dillərdə film, oyun və musiqilərin icra olunması, həmçinin digər mədəni fəaliyyətlərin düzənlənməsinə yardım edilməlidir.

N.S
Bu xəbər oxucular tərəfindən 549 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed