Şrift:
Özbəkistan prezidenti yazda Azərbaycana səfər etməyi planlaşdırır
21.02.2018 [10:42] - Gündəm, Türk dünyası-Turan
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ilin yazında Azərbaycana rəsmi səfər edə bilər.
Bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumunda bildirib.
"Səfərin dəqiq tarixini indidən demək çətindir. Çox güman, səfər bu ilin yazında, ola bilsin, mayın sonunda baş tutacaq", - H.Quliyev deyib.
Onun sözlərinə görə, səfər zamanı tərəflər geniş spektrli məsələləri, o cümlədən neft-qaz, aqro-sənaye kompleksi (ASK), tikinti materialları sənayesi, qida sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırırlar. İki ölkə arasında birbaşa uçuşların tezliyinin artırılması məsələsi də həll edilə bilər.
Diplomat əlavə edib ki, tərəflər həmçinin Bakı-Tbilisi-Qars dəhlizi çərçivəsində nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı müzakirə aparacaqlar.
Bu xəbər oxucular tərəfindən 590 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed