Şrift:
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
23.02.2018 [10:17] - İslam dini
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb.

1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilmiş qırğın zamanı həyatını itirmiş hər kəsin xatirəsini yad edən baş katib Xocalı hadisəsinin Ermənistan tərəfindən Azərbaycan ərazisinin işğalının nəticəsi olduğunu vurğulayır. O, işğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və genosid kimi qiymətləndirən İƏT Xarici İşlər Nazirləri Şurasının əvvəlki sessiyalarında qəbul edilmiş qətnamələrə və İslam Sammitinin 12-ci iclasının Qahirə Yekun Kommunikesinə istinad edib. Baş katib Azərbaycan Respublikasının ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası istiqamətində təşəbbüslərinə və səylərinə İƏT-in tam dəstəyini bir daha qeyd edib.
Bu xəbər oxucular tərəfindən 175 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed