Şrift:
Dünyanın ən zənginləri daha da varlanıb - Yeni SİYAHI
23.02.2018 [10:36] - Gündəm, İqtisadiyyat
Dünyanın ən zəngin insanı və “Amazon” şirkətinin sahibi Ceff Bezos bir gecədə sərvətini 1,15 milyard dollar artırıb. Bu, ona məxsus şirkətin səhmlərinin bahalaşmasından sonra baş verib.

Hazırda “Bloomberg” Ceff Bezosun sərvətinin 124 milyard dollar olduğunu hesablayıb. İkinci pillədə qərarlaşan Bill Geytsin 91,6, 3-cü pillədəki Uorren Baffetin isə 86,2 milyard dollar pulu var.

İlk onluğa Mark Zukerberq (73,1 milyard dollar), Amansio Orteqa (72,2 milyard dollar), Karlos Slim (66,7 milyard dollar), Bernar Arno (65,1 milyard dollar), Larri Elison (55,2 milyard dollar), Larri Peyc (54,9 milyard dollar) və Sergey Brin (53,5 milyard dollar) daxildir.
Bu xəbər oxucular tərəfindən 183 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed