Şrift:
Beynəlxalq Əfv Təşkilatı Əlirza Fərşi barəsində çıxarılan ağır məhkəmə hökmünün ləğv edilməsini tələb edib
23.02.2018 [11:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı milli-mədəni fəal mühəndis Əlirza Fərşi barəsində çıxarılan həbs və sürgün cəzasının ləğv edilməsini tələb edən bəyanat yayıb.

Ə.Fərşi 3 il əvvəl Beynəlxalq Ana Dili Günündə (21 fevral) İranda türklərin ana dili ilə bağlı hüquqlarının bərpası uğrunda apardığı mədəni fəaliyyətlərinə görə məhkəmə tərəfindən 15 il həbs və 2 il sürgünə məhkum edilib.

“Herana” xəbər agentliyinin yaydığı məlumata görə, Beynəlxalq Əfv Təşkilatının yaydığı bəyanatda bildirilir: “İnsan haqları müdafiəçisi Əlirza Fərşi 3 il əvvəl azlıqların ana dili ilə bağlı hüquqlarının müdafiəsi və sülh məqsədi ilə apardığı digər fəaliyyətlərə görə, belə bir gündə saxlanılıb. O barışcıl fəaliyətləri ilə əlaqədar uzunmüddətli həbs cəzasına məhkum edilib.”

Ə.Fərşi hökumət rəsmilərindən Beynəlxal Ana Dili Günü münasibəti ilə mərasim keçirməyə şərait yaradılmasını tələb edən Online Kampaniyanın təşəbbüskarı olub. O bu fəaliyyətinə görə, Tehran Əyaləti İnqilab Məhkəməsinin bir şöbəsi tərəfindən 15 il həbs və 2 il Xuzistan Əyalətində sürgün yaşamaq cəzasına məhkum edilib.
Bu xəbər oxucular tərəfindən 467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed