Şrift:
İranın müxtəlif şəhərlərində divarlarda yazılan “Xamneyiyə ölüm” şüarı geniş vüsət alıb
24.02.2018 [11:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son günlər İranın müxtəlif şəhərlərində divarlarda yazılan “Diktatora ölüm”, “Xamneyiyə ölüm” və “Biz, rejimi devrəcəyik” şüarları geniş vüsət alıb.



İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, ölkəyə hakim molla rejimindən boğaza yığılan dinc etirazçılar, bir neçə nəfərlik qrup şəkilində axşam saatlarında küçələrə çıxaraq evlərin, dövlət binalarının, avtobusların və zibil yeşiklərinin üzərində “Xamneyiyə ölüm” şüarını yazaraq ona öz etirazlarını bildirirlər. Bildirilir ki, hər gün səhər, hökumət qüvvələri həmin şüarları silməyə çalışsa da, çox keçmədən yerinə başqa şüarlar yazılır və yazılan şüarların məfhumu daha da sərtləşir. Hazırda isə, ölkənin bir çox iri şəhərlərində elan edilməmiş bir növ polis rejiminin hökm sürdüyü bildirilir və vəziyyətin gərgin olduğu qeyd olunur.



Xatırladaq ki, iki ay əvvəl İranın 101 şəhərində hakimiyyətə və dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə və prezident Həsən Ruhaniyə “ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 5000-ə yaxın insan həbs edilib. Tutulanlardan isə ən azı 13 nəfəri İranın müxtəlif zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb.
Bu xəbər oxucular tərəfindən 439 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed