Şrift:
Zəncanlı öyrənci Pərisa Rəfii Tehranda saxlanılıb
26.02.2018 [10:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehran Universitetinin zəncanlı öyrəncisi xanım Pərisa Rəfii təhsil aldığı universitetin qapısı önündə polis tərəfindən saxlanılıb.

Mədəni fəalın yaxınlarının açıqlamasına görə, o fevralın 25-i, günortadan sonra yaxalanıb. Tehran polisi məhkəmə hökmü ilə fəalı saxlayıb.

Hələlik fəalın hansı səbəbdən saxlandığı və ona qarşı irəli sürülən ittihamlarla bağlı heç bir məlumat yoxdur.

Fotoqrafiya üzrə təhsil alan Pərisa Rəfii universitetdə mədəni və qanuni fəaliyətlərlə məşğul olur.

Son vaxtlar İranda məcburi hicaba etiraz bildirənlər və qadın haqları müdafiəçilərinə təzyiqlər artıb. Molla rejiminin məcburi hicab siyasətinə qarşı etiraz əlaməti olaraq baş örtüklərini açan qadınlar polis tərəfindən saxlanılır, onlar bir çox təzyiq və təhdidlərlə üzləşir.

N.S
Bu xəbər oxucular tərəfindən 482 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed