Şrift:
Urmiyə və Əhvazda işçilərin şüarı: “Zalimə salam, işçiyə ölüm!
26.02.2018 [10:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu günlərdə məişət çətinlikləri və iş vəziyyəti ilə bağlı işçi mitinqlərinin çoxaldığı İranın türk və ərəb bölgələrində etirazçılar səsləndirdikləri sarkastik şüarlar, o cümlədən “Salam olsun zalimə, ölüm olsun işçiyə” şüarı ilə diqqətləri cəlb etməyə çalışırlar.

Fevralın 23 və 24-də Əhvaz şəhərində Milli Polad Qrupu və Urmiyədə Urmiyə Polad Qrupu zavodları işçilərinin təşkil etdiyi etiraz aksiyalarının videoları sosial şəbəkələrdə geniş yayılıb.
İşçilər “Salam olsun zalimə, ölüm olsun işçiyə” şüarı ilə sahibkarın xeyrinə və fəhlənin ziddinə olan şərait və qanunlara etirazlarını nümayiş etdirirlər.

İşçilər valilik binası önünə içi boş bir süfrə sərərək günlük məişətlərinin təminində çəkdikləri çətinliyi təsvir ediblər.
Urmiyə Polad Qrupunun işçiləri son aylarda bir neçə dəfə Qərbi Azərbaycan valiliyi binası önünə toplaşaraq birillik gecikmiş maaşları və sığorta hüquqlarına dair tələblərini səsləndiriblər.

Güney Azərbaycan Televiziyasının (Günaz TV) xəbərinə görə, bu mitinqlərin birində işçilər valilik binası önünə içi boş bir süfrə sərərək günlük məişətlərinin təminində çəkdikləri çətinliyi təsvir ediblər.

Əhalisinin əksəriyyəti ərəb olan Əhvaz şəhərində isə Milli Polad Qrupunun işçiləri Xuzistan valiliyi önündə, habelə cümə namazı mərasimində oxşar şüarlar səsləndiriblər.
Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed