Şrift:
Urmiyədə Polad Qrupu və Yeni Neft Anbarının işçiləri etiraz yığıncağı keçirib
27.02.2018 [10:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı işçilər Qərbi Azərbaycan Valiliyi və Tehran Neft Şirkətinin binaları qarşısında maaşlarının gecikdirilməsinə etiraz olaraq aksiya keçiriblər.

Məlumata görə, Urmiyə Polaq Qrupunun işçiləri valiliyin binası qarşısına toplaşaraq maaşlarının bir il gecikdirilməsinə etiraz edib, valilikdən problemin həlli istiqamətində tədbir görməsini tələb ediblər.

Fevralın 26-da keçirilən yığıncaqda üzərinə şüar yazılmış bannerlər də nümayiş etdirilib.
Bu, son bir ildə istehsal müəssisəsinin işçilərinin 7-ci etiraz aksiyasıdır. İşçilər bundan öncə “Ölüm olsun fəhləyə - Salam olsun zalimə” kinayəli şüar səsləndirərək aksiya keçirmişdir.

Urmiyə Yeni Neft Anbarının işçiləri də 8 aydır maaş və siğorta haqları ödənilmədiyi üçün etiraz aksiyası keçirib.

Onlar Tehran Neft Şirkətinin binası qarşısına toplaşaraq gecikən maaş və siğorta haqlarının ödənilməsini tələb ediblər.

Urmiyə Yeni Neft Anbarı ölkənin şimal-qərbində ən böyük neft abnarı kimi tanınsa da, uzun müddətdir işçilərinin əmək haqqını ödəmək iqtidarında deyil, məsulların bütün vədlərinə rəğmən anbarda işləyən fəhlələrin maaş və digər hüquqları təmin olunmur.

Urmiyə Yeni Neft Anbarının işçiləri:
Urmiyədə Polad Qrupu və Yeni Neft Anbarının işçiləri etiraz yığıncağı keçirib
Urmiyədə Polad Qrupu və Yeni Neft Anbarının işçiləri etiraz yığıncağı keçirib
Bu xəbər oxucular tərəfindən 404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed