Şrift:
Bakıda açılan bayram yarmarkalarının sayı 8-ə çatıb
01.03.2018 [10:55] - Gündəm, Sosial
Bakıda Novruz bayramı ilə bağlı bayram yarmarkaları üçün nəzərdə tutulan çadırların quraşdırılmasına başlanılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov Yarmarkalar paytaxtın 10 nöqtəsində fəaliyyət göstərəcək.
Artıq yarmarkalardan 8-i açılıb. Digər iki yarmarka yaxın günlərdə açılacaq. Yarmarkalar əsasən metro stansiyalarının çıxışlarında quraşdırılıb.
Ənənəvi bayram yarmarkaları martın 25-nə kimi açıq olacaq.
Yarmarkların təşkilində əsas məqsəd bayramqabağı paytaxtda qiymət artımının qarşısını almaq və küçə ticarətini həmin yarmarkalara cəlb etməkdir.
Müxbir: Samirə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed