Şrift:
Hər gün bu ərzaqlardan MÜTLƏQ istifadə edin!
01.03.2018 [11:04] - Sağlıq
Qida üzrə mütəxəssislər orqanizmin ümumi balansını qorumaq üçün hər gün bu dörd ərzağı qida rasionuna əlavə etməyi tövsiyə edirlər.

Bunlar kök, qoz, alma və qara şokoladdır. Bu ərzaqlarda dəmir, nişasta və lazımi vitamin çeşidləri mövcuddur.

Mədə və bağırsaq sisteminin yaxşı işləməsinə, beyinin fəaliyyətinin tənzimlənməsinə xidmət edir. Həm də insanı gümrahlaşdırır, əhval-ruhiyyəsini qaldırır.

Digər meyvə-tərəvəzlə arası olmayan insanlara heç olmasa alma və kökdən yan keçməməyi məsləhət görürlər. Kök səhərlər, alma isə axşamlar yeyilsə, effekt verər. Şokolad və qoz isə günorta və axşam yeməyi arası istifadə olunmalıdır.
Bu xəbər oxucular tərəfindən 447 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed