Şrift:
Terminologiya Komissiyası: Azərbaycanda uşaqlara seriallardakı adların qoyulması halları artıb
01.03.2018 [11:06] - Sosial
Azərbaycanda son dövrlərdə yeni doğulan körpələrə xarici serial qəhrəmanlarının adlarının qoyulması halları artıb.

Bunu özəl olaraq Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, son dövrlərdə uşaqlara Türkiyə türkcəsindən alınmış adlar çox verilir. Lakin bu adlar verilərkən Azərbaycan ədəbi dilinin normalarına riayət edilir:
“Türkiyə türkcəsində “e” ilə yazılan adlar bizdə “ə” ilə yazılır. Məsələn, Əsma adı son dövrlərdə qız uşaqlarına çox qoyulur. Oğlan uşaqlarına da Sinan, Kamran, Səmral və s. adlar çox qoyulur”.

S.Sadıqova qeyd edib ki, ümumilikdə son dövrlərdə uşaqlara daha çox türk mənşəli adların qoyulmasına maraq artıb:

“Azərbaycan abidələrində işlənən adlara da maraq artıb. Amma əvvəllər qoyulan Qızbacı, Xanbacı, Balacaxanım, Xırdaxanım adlarını artıq heç kəs qoymur. Bu adlar əvvəllər daha çox qoyulan adlar olsa da, 2010-ci ildən sonra bu adlar uşaqlara verilməyib. Ancaq seraillardakı adlara meyil artıb”.
Bu xəbər oxucular tərəfindən 535 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed