Şrift:
Rəsədxana: 2050-ci ilə qədər asteroidlərin Yerlə toqquşma ehtimalı milyonda birdir
01.03.2018 [11:08] - Gündəm
Aparılan araşdırmalar göstərir ki, 2050-ci ilə qədər asteroidlərin Yerlə toqquşma ehtimalı milyonda birdir.

Bunu Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.

X.Mikayılovun sözlərinə görə, 2050-ci ilə qədər asteroidlərin Yerlə toqquşması ehtimalı yoxdur. 2050-ci ilədək Yer üçün heç bir təhlükə gözlənilmir. 2050-ci ildən sonra isə ehtimal təxminən 1000-də birdir. Yəni 1000 asteroiddən biri Yerlə toqquşa bilər".
Asteroidlərin yaxınlaşması ilə vulkanların püskürməsi, sunaminin baş verməsi arasında əlaqənin olması barədə iddialara cavab verən X.Mikayılov qeyd edib ki, asteroidlərin Yerə yaxınlaşması heç bir vulkanik proseslərə, sunamilərin baş verməsinə təsir göstərmir:

"Vulkan püskürməsi onun daxilində toplanıb qalmış enerjinin püskürməsi nəticəsində baş verir. Yaxud 40 metr ölçüsündə olan göy cismi okeana düşərsə, orada necə sunami yarada bilər ki?! Okeana gərək min kilometrlərlə ölçüsü olan göy cismi düşsün ki, sunami hadisəsi baş versin".
Bu xəbər oxucular tərəfindən 310 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed