Şrift:
Şəmkir rayonunda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb
19.10.2011 [19:42] - Hadisə
Bu barədə Rayon Polis Şöbəsindən bildirilib. Hadisə bu gün axşam saatlarında rayonun Kür qəsəbəsində qeydə alınıb.

Rayon sakini Anar Nəcəfovun idarə etdiyi “Hyundai” markalı maşın yoldan çıxaraq aşıb. Nəticədə sürücü və maşında olan sərnişin Məhərrəm Hüseynov hadisə yerində ölüblər.

Maşında olan digər sərnişin Elçin Nəcəfov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 646 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed