Şrift:
Türkiyədə Hərbi Dəniz Qüvvələrinin 65 zabitinə ömürlük həbs cəzası verilib
07.03.2018 [10:12] - Hüquq
Türkiyə məhkəməsi dövlət çevrilişinə cəhddə ittiham olunan Hərbi Dəniz Qüvvələrinin 65 sabiq zabitini ömürlük həbs cəzasına məhkum edib.

18 zabitə adi ömürlük həbs cəzası, 47 zabitə isə daha ağır saxlanma şəraiti olan ömürlük həbs cəzası verilib.

Fevral ayında Türkiyə məhkəməsi dövlət çevriliş cəhdində iştirak ittihamı ilə Quru Qoşunlarının hərbi məktəbinin 64 müəllimini və müdavimini də ömürlük həbs cəzasına məhkum etmişdi.

Xatırladaq ki, 2016-cı il iyulun 16-na keçən gecə bir qrup hərbçi Türkiyədə dövlət çevrilişinə cəhd göstərmişdi. Əsas qarşıdurmalar Ankarada və İstanbulda baş vermişdi. Qiyam nəticəsində 240-dan çox Türkiyə vətəndaşı həlak olmuş, 2 mindən çox insan isə yaralanmışdı.
Bu xəbər oxucular tərəfindən 878 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed