Şrift:
“Traxtur” Asiya Çempionlar Liqasında ilk xalını qazanıb – Birləşmiş Ərəb Əmirliklərində
07.03.2018 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası martın 5-i Təbriz vaxtı ilə saat 18:30-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əlcəzirə komandasının qonağı olub.

Asiya Çempionlar Liqasının A qrupunun növbəti qörüşü Əbu-Dabi şəhərinin Məhəmməd İbni Zaid stadionunda keçirilib.

Asiya Çempionlar Liqası çərçivəsində keçirilən yarışlarda ilk xalını (imtiyaz) qazanan Azərbaycan komandası qol vurmaq üçün bir neçə şansı qaçırıb. Oyunda heç bir komanda tərəfindən qol vurulmayıb, qarşılaşma 0:0 bərabər hesabla sona çatıb.

“Traxtur” ötən günlərdə eyni qrupda yarışdığı Səudiyyə Ərəbistanının “Ələhli” və Qətərin “Əlğərafə” komandalarına məğlub olub. Azərbaycan komandası “Əlcəzirə” ilə oyunu bərabər hesab hesabla başa vurduğu üçün səfərdən 1 xalla qayıdıb.

N.S
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed