Şrift:
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
09.03.2018 [10:11] - Hadisə
ABŞ-da yüngülmühərrikli "Piper PA-31P" təyyarəsi qəzaya uğrayıb.
Bu barədə "KWTX" radiostansiyası məlumat yayıb.
Məlumata görə, hadisə Texas ştatında, Laredov beynəlxalq hava limanı yaxınlığında qeydə alınıb. Qəza nəticəsində 3 nəfər ölüb.
Bildirilir ki, təyyarənin sol mühərrikində tüstülənmə baş verdikdə pilot onu uçuş zolağına qaytarmağa çalışıb. Bundan sonra təyyarə aeroport ərazisindən 45 metr məsafədə yerə düşüb.
Hazırda hava limanının işi dayandırılıb. Ölənlərin kimliyi hələ dəqiqləşdirilməyib.
Bu xəbər oxucular tərəfindən 177 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed