Şrift:
Kim Çen Indan ABŞ-a tarixi təklif – Mənbə AÇIQLADI
12.03.2018 [10:57] - Gündəm, Siyasət
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ-la sülh müqaviləsini imzalamaq və iki ölkə arasında diplomatik münasibətləri qurmaq arzusunu ifadə edib.

Bu haqda Cənubi Koreya prezidentinin administrasiyasındakı yüksək vəzifəli mənbəyə istinadən yerli “Tina İlbo” qəzeti bildirib.

Nəşrin həmsöhbətinin sözlərinə görə, dövlət başçısını ABŞ-la münasibətləri sabitləşdirmək arzusunu Cənubi Koreyanın nümayəndə heyətiylə görüşdə ifadə edib.

“Kim Çen Inın son məqsədi ABŞ-la sülh müqaviləsini imzalamaq və Pxenyanda Amerika səfriliyinin açılışı da daxil olmaqla, normal diplomatik münasibətlər qurmaqdır”, - mənbə söyləyib.

Daha əvvəl Şimali Koreya lideri ABŞ prezidenti Donald Trampla görüşməyi təklif edib. Vaşinqton görüşə razılıq verib. Ağ Evdən bildiriblər ki, görüşün vaxtı və yeri daha sonra uyğunlaşdırılacaq.

Xatırladaq ki, prezident Bill Klintonun vaxtında amerikalılar diplomatik münasibətlərin qurulması üçün Pxenyanla danışıqlar aparırdılar. Pxenyanda yerləşən Almaniya Demokratik Respublikasının keçmiş nümayəndəliyinin binasında isə ABŞ-ın səfirliyinin açılması nəzərdə tutulurdu. Ancaq Amerikada hakimiyyət dəyişikliyi və Corc Buşun prezident seçilməsindən sonra bu planlar pozuldu.
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed