Şrift:
ATƏT PA-nın müşahidə missiyasının koordinatoru Azərbaycanda səfərdədir
13.03.2018 [10:17] - Gündəm, Siyasət
ATƏT-in Parlament Assambleyasının qısamüddətli müşahidə missiyasının koordinatoru Nilza Sena (Portuqaliya) Azərbaycanda səfərdədir.

Xatırladaq ki, daha əvvəl N.Sena ATƏT PA-nın prezidenti Giorgi Tsereteli tərəfindən aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində Parlament Assambleyasının qısamüddətli müşahidə missiyasının koordinatoru təyin edilib.
"Qarşıdakı prezident seçkilərində ATƏT-in xüsusi koordinatoru kimi xidmət edəcəyim üçün qürur duyuram. Bu səfəri faydalı hesab edirəm. Azərbaycan və ATƏT-ə öz töhfəmi verəcəyimə görə şadam", - N.Sena bildirib.
O, Bakıya səfəri çərçivəsində PA nümayəndə heyətinin üzvləri ilə bir sıra görüşlər keçirmək, həmçinin bu gün Milli Məclis və İpək Yoluna Dəstək Qrupu tərəfindən təşkil edilən "İqtisadi əməkdaşlıq və mədəni əlaqələrin möhkəmləndirilməsində parlamentarilərin rolu" adlı konfransda iştirak etmək niyyətindədir.
Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed