Şrift:
İstiqlal marşının qəbul olunmasından 97 il ötür
13.03.2018 [10:21] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin İstiqlal marşının qəbul edilməsindən 97 il ötür.

1921-ci il martın 12-də ölkədə elan olunmuş İstiqlal marşı müsabiqəsində böyük türk şairi Mehmet Akif Ersoyun sözləri qalib elan olub. Təxminən bir əsrə yaxın dövrdə Türkiyə xalqının sevə-sevə oxuduğu bu marş xalqın milli-azadlıq mücadiləsində böyük rol oynayıb. Dövlət himni qəbul olunan dövrdə Türkiyə xalqı ölüm-dirim savaşına qalxmışdı. Ölkə ərazisinin böyük bir hissəsi işğal altındaydı. Torpaqların işğaldan azad olunması, ölkənin ərazi bütövlüyünün qorunmasında Mehmet Akif Ersoyun sözlərinə yazılmış İstiqlal marşı insanları Vətən uğrunda ruhlandırıb, xalq bu marşın sədaları altında birlik və həmrəylik nümayiş etdirərək düşmənə qalib gəlib.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 698 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed