Şrift:
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib
13.03.2018 [10:22] - İdman
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə martın 12-də stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.

Federasiyadan bildiriblər ki, 2000-2002-ci, 2003-cü il təvəllüdlü və daha aşağı yaşlı gənclər və yeniyetmələrin mübarizə apardıqları turnir şəxsi və komanda xarakteri daşıyır. Birincilikdə respublikanın müxtəlif bölgələrindən 13 qız və 12 oğlan komandası olmaqla 100-dən çox idmançı iştirak edir.

Yarışlar martın 16-dək davam edəcək. Turnirin qalibləri və onların məşqçiləri Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları ilə təltif olunacaqlar.
Bu xəbər oxucular tərəfindən 103 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed