Şrift:
DEPUTATDAN S.ŞOYQUNUN ETİRAFINA REAKSİYA: "OLA BİLƏR, SURİYADA ZƏRƏRLİ SİLAHLAR DA YOXLANIB"
13.03.2018 [10:45] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Rusiya etiraf etdiyi kimi, Suriyanı eksperiment bölgəsinə çevirib”.

Bunu "Sherg.az”a Rusiya müdafiə naziri Sergey Şoyqunun Suriya prosesləri haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən millət vəkili Fərəc Quliyev söyləyib.

O qeyd edib ki, bir müddət əvvəl Xəzər dənizindən Suriya istiqamətinə raket də buraxılıb:

"Demək olar ki, Türkiyədən başqa bütün dövlətlər burada silahlarını sınaqdan keçirmək, satmaq, pul qazanmaq üçün istifadə edirlər. Rusiya özü də bunu etiraf edir.

Ola bilər, həmin ərazilərdə zərərli silahlar da yoxlanıb. Müsəlman dünyasına qarşı qurulmuş bu oyunlar göstərir ki, burada xristian aləminin marağı var. Guya ki, hansısa qrupun, siyasi dairələrin, əhalinin maraqları üçün çalışırlar. Bütün bunlar sadəcə görüntüdür, törədilən əməlləri gizlətməkdir. Ona görə, bütün müsəlman-türk dünyasının bu oyunları pozmaq üçün bir yerdə olması vacibdir”.

Qeyd edək ki, S.Şoyqunun sözlərinə görə, Rusiya 210 silah növünü suriyalılarla birgə döyüş meydanında sınaqdan çıxarıb:

"Mən əminəm ki, gələcəkdə bu silahlarla döyüşənlər öz həyatlarını qorumuş olacaqlar”.

Aysel Aslan
Bu xəbər oxucular tərəfindən 136 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed