Şrift:
İran prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
14.03.2018 [10:11] - Gündəm, Siyasət
İran Prezidenti Həsən Ruhani bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri, iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevi qəbul edib.
Görüşdə İran prezidenti ölkələr arasında tarixi dostluq münasibətlərini vurğulayaraq, siyasi, iqtisadi və mədəni əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini, İranın Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini qeyd edib.
Azərbaycan və İran arasında əlaqələrin daha da inkişafı üçün geniş potensialın olduğunu bildirən H.Ruhani nəqliyyat, enerji, investisiya qoyuluşu sahəsində əməkdaşlığın daha da genişlənməsinə, Azərbaycana nəzərdə tutulan səfərinə dair fikirlərini bölüşüb.
Ş.Mustafayev isə Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətlərinin əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını, son 4 ildə dövlət başçılarının yüksək səviyyəli 10 görüşünün keçirildiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan İranla əlaqələrə xüsusi əhəmiyyət verir və İranın uğurları Azərbaycanı sevindirir. Azərbaycan-İran əməkdaşlığ bütün sahələrdə, o cümlədən iqtisadi sahədə inkişaf edir. Hazırda ölkələrimiz sənaye, ticarət, energetika, nəqliyyat-tranzit və digər sahələrdə uğurla əməkdaşlıq edir, ticarət dövriyyəsi artır, işgüzar dairələr səmərəli əməkdaşlıq edir, avtomobil istehsalı və əczaçılıq sahələrində birgə layihələr reallaşdırılır, Azərbaycan və İranın tranzit potensialının reallaşdırılmasında mühüm əhəmiyyət kəsb edən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə işlər davam etdirilir.
Azərbaycanlı nazir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə və ərazi bütövlüyümüzü dəstəklədiyinə görə İran tərəfinə bir daha təşəkkür edib.
Bu xəbər oxucular tərəfindən 371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed