Şrift:
Bu gün "Barselona" və "Çelsi" komandaları qarşılaşacaq
14.03.2018 [10:13] - İdman
Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin son cavab oyunları keçiriləcək.
Gecə saatlarında diqqətlər İspaniya və Türkiyəyə yönələcək.
Kataloniyadakı "Nou Kamp” stadionunda "Barselona” və İngiltərənin "Çelsi” komandaları arasında baş tutacaq matç gərgin və maraqlı mübarizə vəd edir. Londonda baş tutmuş ilk qarşılaşmada heç-heçə qeydə alındığı üçün kataloniyalılar bir qədər üstün durumdadırlar. Lakin qonaqları da hesabdan silmək olmaz. Nelson Semedu və Denis Suares zədəli olduqları üçün "zadəganlar”la görüşdə meydan sahiblərinə kömək edə bilməyəcəklər. Andres İnyestanın durumu sual altındadır. "Çelsi”də isə David Luis və Ross Barkli zədə səbəbindən meydana çıxa bilməyəcəklər.
Günün digər oyunu İstanbulda keçiriləcək. "Beşiktaş” və Almaniyanın "Bavariya” kollektivləri arasında baş tutacaq görüş formal xaraker daşıyır. Buna səbəb münhenlilərin ilk matçda 5:0 hesabı ilə qalib gəlmələridir. "Beşiktaş”ın heyətində Pepe zədəli, Domaqoy Vida cəzalıdır.
"Bavariya” zədəli Manuel Noyer, Kigsli Koman və Korenten Tolissonu, eləcə də Aryen Robbeni İstanbula gətirməyib. Xames Rodrigesin durumu isə sual altındadır.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
14 mart
23:45. "Beşiktaş” (Türkiyə) – "Bavariya” (Almaniya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
İlk oyun - 0:5
23:45.
"Barselona” (İspaniya) – "Çelsi” (İngiltərə)
Baş hakim: Damir Skomina İlk oyun - 1:1
Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed