Şrift:
Daxili İşlər naziri Xasməmmədov Nərimanovu niyə həbs etdirmək istəyib?
14.03.2018 [10:21] - DAVAMın yazıları
Azərbaycan Cümhuriyyətnin ordusunda bolşeviklərin dövətçiliyimiz əleyhinə apardıqları qızğın təbliğat, respublikanın bütün ərazisində yaratdıqları gərginlikdən dolayı Cümhuriyyətinin hərbi naziri, tam artilleriya generalı S. Mehmandorovun 1919-cu ilin martında bu haqda Xasməmmədova göndərdiyi 418 nömrəli məxfi məlumat yaranmış narahatçılığı daha da artırmışdı. Hətta “Hümmət” adında müsəlman bolşevik təşkilatı gəncləri əsgərlikdən qaçmağa təhrik etmək məqsədilə hərbi komissiya yaratdığı da deyilənlər arasında idi. Bütün bunlar Daxili İşlər naziri Xəlil bəy Xasməmmədovu bərk narahat edirdi. Ona bu barədə hərbiyyə naziri də yazmışdı.

S.Mehmandarovdan aldığı məlumatdan sonra Xəlil bəy orduda fəal təbliğat aparılmasını təşkil edən bolşeviklərin N. Nərimanov, M.D.Hüseynov, Ə.H. Qarayev, Əhmədov, Sanıyev və başqalarının olduqlarını müəyyənləşdirmiş, Azərbaycan hökumətinin rəhbərliyinə bu haqda məruzə etmişdi. Hökumət rəhbərliyi isə bu cür “bolşevikləşmiş” adamlara qarşı qəti və kəskin mübarizə aparmağı Daxili İşlər Nazirliyinə, şəxsən Daxili İşlər naziri X. Xasməmmədova tapşırmışdı. Odur ki, daxili işlər naziri kimi Xəlil bəy xüsusi qərar qəbul etmiş və buna müvafiq əmr vermişdi. Həmin əmrdə deyilirdi:

Enter.News İltifat Şahsevən (Əliyarlı) və Tahir Behbudovun araşdrımlarından əldə etdiyi həmin əmri təqdim edir:

“Şuşa şəhərinin müvəqqəti general-qubernatoruna. N. Nərimanovun həbs edilməsi haqqında. Müvəqqəti general-qubernator Xosrov bəy bəy Sultanova: “Hərbi nazirin aldığı cəsusluq məlumatlarına görə, bolşevik Nərimanov Bakıya gəlib, orada “Hümmət” partiyasının Parlament üzvləri ilə, başlıcası isə Sanıyev və Qarayevlə görüşmüşdür ki, Şuşa və Qazax qəzalarında camaat arasında, habelə imkan daxilində qoşun arasında bolşevizmi yaysın. Hərbi nazir təsdiq edir ki, bu cür təbliğat nəticəsində hazırda orduya çağırlanların sayı xeyli azalmışdır və qorxur ki, tamam heçə enə bilər. Məlumat üçün bunu bildirməklə Siz cənablarınızdan xahiş edirəm ki, Nərimanov Sizin general-qubernatorluğunuzda peyda olsa, onun tutulması barədə sərəncam verəsiniz. Bu barədə Gəncə qubernatoruna da mənim tərəfimdən teleqrafla məlumat verilmişdir. Daxili işlər naziri: Xasməmmədov”.

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 93 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed