Şrift:
Abşeron yarımadasında 9 göl bərpa olunacaq, Böyükşorun bir hissəsi qurudulacaq
14.03.2018 [10:23] - Gündəm
Təmiz Şəhər" ASC 2018-ci ilin ortalarına Böyükşor gölünün bərpasının ikinci mərhələsi çərçivəsində layihə işlərinə başlamağı planlaşdırır.

Bu barədə ASC-nin İdarə heyətinin sədri Etibar Abbasov deyib.

O qeyd edib ki, layihənin birinci mərhələsi çərçivəsində artıq 300 hektar ərazi təmizlənib. 15 hektar ərazidə park və bulvar salınıb.
E.Abbasov əlavə edib ki, ikinci mərhələdə 800 ha ərazi təmizlənəcək: "Bundan 400 hektar sahə qurudulacaq. Belə olan halda, gölün ümumi sahəsi 700 hektar təşkil edəcək".

İdarə heyəti sədrinin sözlərinə görə, ASC-nin planlarında ümumilikdə Abşeron yarımadasındakı 9 gölün bərpası da var:

"Bundan başqa, cari ilin payızında Zığ gölünün bərpası üzrə layihə işləri başa çatdırılacaq".
Bu xəbər oxucular tərəfindən 371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed