Şrift:
ABŞ-da qırıcı qəzaya uğradı - Pilotlar öldü
15.03.2018 [10:22] - Hadisə
Florida ştatında hərbi baza yaxınlığında qəzaya uğrayan “F/A-18 Hornet” qırıcı təyyarəsinin iki ekipaj üzvü ölüb.

Bu barədə CBS News xəbər verib.

Bundan əvvəl katapult edən pilotların xəstəxanaya yerləşdirildiyi bildirilirdi. ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb. Şahidlərin sözlərinə görə, hərbi təyyarə səmada alovlanıb və uçuş-enmə zolağına çatmamış suya düşüb.

Fox News-un məlumatına əsasən, qırıcının qəzaya uğramasına səbəb mühərrikin sıradan çıxması olub.

Faktla bağlı araşdırma aparılır.

***

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus “F/A-18 Hornet” qırıcı təyyarə Florida ştatı sahillərində qəzaya uğrayıb.

Pilotlar katapult edə biliblər. Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir.

Hazırda hadisə yerində xilasedici əməliyyat davam edir.
Bu xəbər oxucular tərəfindən 249 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed