Şrift:
ATƏT DTİHB-nin uzunmüddətli müşahidə missiyası fəaliyyətə başlayır - Bu gündən
15.03.2018 [10:27] - Siyasət
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində uzunmüddətli müşahidə missiyası bu gün fəaliyyətə başlayır.

Bakı üzrə 10 və ölkə üzrə 20 ekspertin daxil olduğu uzunmüddətli missiyaya Koryan Yonker rəhbərlik edir.

Bundan əlavə, seçki günü prosesi izləmək üçün 280 nəfərlik qısamüddətli missiya işə başlayacaq.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində 15 nəfər namizədliyini irəli sürüb. İndiyə qədər onlardan 7 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyin qeydə alınması üçün sənədlərini MSK-ya təqdim edmiş digər namizədlərin də sənədlərinə baxılır. Prezident seçkilərində 21 beynəlxalq, 22 mindən çox isə yerli müşahidəçi qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 144 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed