Şrift:
Türk xalqlarının Kanadadakı nümayəndələrinin diaspor təşkilatları birgə fəaliyyət göstərmək imkanlarını müzakirə etmişlər
27.06.2012 [12:34] - Türk dünyası-Turan
Kanada Azərbaycan Dərnəkləri Federasiyasının təşəbbüsü ilə türk xalqlarının bu ölkədə yaşayan nümayəndələrinin təşkilat və dərnəklərinin sədrləri, təmsilçiləri Türkiyənin bas konsulu Əli Rza Güney ilə görüşmüşlər.

KADF-dən bildirmişlər ki, qurumun prezidenti Əkbər Məcidov tədbiri açaraq türk dünyasını Kanadada təmsil edən bütün təşkilat və dərnəklərlə belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır. O, türk xalqlarının diaspor təşkilatları arasında əlaqələrin güclənməsi, birgə fəaliyyət göstərmək istiqamətində fikir mübadiləsinin aparılması baxımından bu cür tədbirlərin vacibliyini vurğulamışdır.
Türk xalqlarının diaspor təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı ölkəsinin həyata keçirdiyi tədbirlərdən danışan baş konsul Əli Rza Güney bu prosesdə gənclərin və qadınların fəal olduqlarını bildirmişdir.
Baş konsul, həmçinin tədbir iştirakçılarının suallarını cavablandırmışdır.
Digər çıxışlarda da türk dünyasının problemlərindən, türk xalqlarının nümayəndələrinin Kanadadakı diaspor təşkilatlarının birgə fəaliyyət göstərmələrinin vacibliyindən danışmışlar.
Bu xəbər oxucular tərəfindən 1392 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed