Şrift:
Güney Azərbaycanlı yazar və milli fəal Səid Muğanlı həbs olunub(Video)
27.06.2012 [14:51] - Güney Azərbaycan xəbərləri
İran rejimi Türk dilində yazan tanınmış şair-publisist, jurnalist Səid Muğanlını yenidən həbs edib.güney Azərbaycanlı jurnalist barəsində çıxarılmış 6 aylıq həbs cəzasını çəkmək üçün həbsxanaya salınıb. Qeyd edək ki, Səid Muğanlı (Məhəmmədi) Təbriz İnqilab Məhkəməsi tərəfindən İrandakı mövcud quruluşun əleyhinə şeirlər yazmaqda ittiham olunaraq 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərar ötən ilin dekabrında Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi tərəfindən də qüvvədə saxlanılıb. Azərbaycanlı jurnalist 2011-ci ilin iyunun 8-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib və sentyabrın 25-də 50 min ABŞ dolları məbləğində girov müqabilində azadlığa buraxılıb. ETTELAAT-ın təcridxanasında 110 gün saxlanılan azərbaycanlı şairin ağır işgəncələrə məruz qaldığı bildirilir.
Səid Muğanlı haqda video görüntünü izləyin


Bu xəbər oxucular tərəfindən 1593 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed