Şrift:
Milli Məclis hökumətin hesabatını qəbul etdi
17.03.2018 [09:26] - Xəbərlər, Siyasət
Milli Məclisin dünən növbəti plenar iclası keçirilib.

İclasda “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı”na baxılıb.

Parlamentdə hökumətin 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini baş nazir Artur Rasizadə edib. İclasda çıxış edən 30-a yaxın deputat Nazirlər Kabinetinin son bir illik fəaliyyətini müzakirə edərək, müvafiq təkliflər səsləndiriblər.

Daha sonra isə hesabat səsverməyə çıxarılaraq qəbul edilib.
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed