Şrift:
Binab şəhəri ətrafında güclü duz fırtınası baş verib
17.03.2018 [09:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Şərqi Azərbaycan əyalətinin Binab şəhəri ətrafında güclü duz fırtınası baş verib.



Martın 15-i günorta saatlarında baş verən fırtına, Urmu gölünün cənub-şərq hissəsinin 28 kilmetrliyində yerləşən “Axund qışlaq” kəndini duz hissəcikləri ilə bürüyüb. Nəticədə, fırtına həmin kənd sakinlərinin və ətraf bölgələrdə yaşayan insanların gündəlik həyatına xələl gətirib.



Yayılan məlumatlara əsasən, bu günlər, Urmiya gölünün qurumuş sahillərində duz fırtınaları tez-tez baş verir. Fırtınaların isə, Güney Azərbaycanda daha böyük facilərin başlanmasından xəbər verir. Xərçəng xəstəliyinə səbəb olan həmin fırtınalar, Urmu gölü ətrafında yaşayan insanların həyatını ciddi şəkildə təhdid edir.



Bildirilir ki, Urmu gölü ətrafında yaşayan yerli əhali, hər il Bahar mövsümünun başlanması ilə duz fırtınalarının geniş miqyasda baş verməsinin şahidi olur. Bu isə, gölün ümumi sahəsinin 90 faizdən çox hissəsinin artıq duzlağa çevrilməsi ilə əlaqədardır.



Qeyd edək ki, Qurumaqda olan Urmu gölünün ətrafında baş verən duz fırtınaları, insanlarda xərçəng və digər təhlükəli xəstəliklərə səbəb olduğuna görə, hazırda ən azı 14 milyon Azərbaycan türkünün həyatını ciddi təhlükələrlə üz-üzə qoyub.
Bu xəbər oxucular tərəfindən 525 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed