Şrift:
ATƏT-in müşahidə missiyasının nümayəndələri Prezidentliyə namizəd Fərəc Quliyevlə görüşdülər
26.03.2018 [12:50] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Səsvermə Prosesini Müşahidə Missiyasının nümayəndələri 11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının qeydə alınmış Prezidentliyə namizədi Fərəc Quliyevlə görüşüblər.

Partiyanın mərkəzi qərərgahında keçirilən görüşdə müşahidə missiyasından siyasi məsələlər üzrə analitik Dan Redford, seçki məsələləri üzrə analitik Goran Petrov və siyasi məsələlər üzrə köməkçi Vüqar Əhmədov iştirak ediblər.

Aparılan müzakirələrdə ölkədəki seçki mühiti və namizədlərə yaradılmış şərait barədə fikir mübadiləsi aparılıb.

Görüşdə müxalifət partiyasının Prezidentliyə namizədi kimi Fərəc Quliyevin namizədliyinin qeydə alınması üçün imzatoplama kompaniyası, təbliğat-təşviqat prosesi ilə bağlı və s. məsələlər müzakirə edilib.

Fərəc Quliyev təşviqat materiallarının yayılması və təbliği ilə bağlı görülən işlərdən və seçicilərlə keçirilən görüşlərdən danışıb. O, Mərkəzi Seçki Komissiyası tərəfindən ayrılmış yerlərdə seçicilərlə görüşlər keçirdiklərini və görüşlərin keçirilməsi üçün normal şəratitin yaradıldığını bildirib. Bir gün əvvəl Sumqayıt şəhərində seçicilərlə keçirilən görüşə toxunan Fərəc Quliyev görüşün geniş auditoriya ilə və yüksək səviyyədə keçdiyini, seçicilərlə canlı ünsiyyətdə olmanın təbliğatda müstəsna rol oynadığını və seçki mühitinə müsbət təsir etdiyini dedi. Təbliğat materiallarının təbliği istiqamətində isə Fərəc Quliyev əksər ərazilərdə bunu həyata keçirməyə nail olduqlarını bildirdi və müşahidə missiyasının nümayəndələrinə bu istiqamətdə görülmüş işlər barədə məlumatlar verdi.

Görüşdə müzakirə edilən məsələlərdən biri də seçki prosesinin partiya tərəfindən müşahidəsi ilə bağlı oldu. Prezidentliyə namizəd bildirdi ki, partiya seçki prosesini partiyanın MSK-da, seçki dairələrində və seçki məntəqələrində üzv olan nümayəndələri vasitəsiylə, üzv olmayan məntəqələrdə isə səlahiyyətli nümayəndələr və vəkillər vasitəsiylə müşahidə edir.

Görüşdə qonaqlarla seçki prosesi ilə yanaşı ölkədəki ümumi ictimai-siyasi vəziyyət barədə də fikir mübadiləsi aparılıb.

Milli Dirçəliş Hərəkatı Partiyası
Mətbuat Xidməti


ATƏT-in müşahidə missiyasının nümayəndələri Prezidentliyə namizəd Fərəc Quliyevlə görüşdülər

ATƏT-in müşahidə missiyasının nümayəndələri Prezidentliyə namizəd Fərəc Quliyevlə görüşdülər

ATƏT-in müşahidə missiyasının nümayəndələri Prezidentliyə namizəd Fərəc Quliyevlə görüşdülər

ATƏT-in müşahidə missiyasının nümayəndələri Prezidentliyə namizəd Fərəc Quliyevlə görüşdülər
Bu xəbər oxucular tərəfindən 1136 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed