Şrift:
Məcburi qaçqın və köçkünlərin nümayəndələri Prezidentliyə namizəd Fərəc Quliyevlə görüşdülər
28.03.2018 [14:14] - Xəbərlər, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev
Bu gün, 28.03.2018-ci il tarixində Məcburi qaçqın və köçkünlərin nümayəndələri 11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasından Prezidentliyə namizəd Fərəc Quliyevlə görüşüblər.
Partiyanın mərkəzi qərərgahında keçirilən görüşdə Məcburi qaçqın və köçkünlərin problemləri, şikayətləri, fikirləri, istəkləri dinlənilmiş və hazırki şərait barədə söhbət aparılmışdır.
Görüşdə məcburi qaçqınların və köçkünlərin problemləri, şikayətləri ilə yanaşı Azərbaycanın ən böyük problemlərindən biri olan Qarabağ məsələsindən də söhbət açılmışdır. Fərəc Quliyevin Qarabağla bağlı konseptual fikirləri, Qarabağın azadolunma yolları haqqında fikir mübadiləsi aparılmış və müsbət qarşılanmışdır.

Məcburi qaçqın və köçkünlərin nümayəndələri Prezidentliyə namizəd Fərəc Quliyevlə görüşdülər

Məcburi qaçqın və köçkünlərin nümayəndələri Prezidentliyə namizəd Fərəc Quliyevlə görüşdülər

Məcburi qaçqın və köçkünlərin nümayəndələri Prezidentliyə namizəd Fərəc Quliyevlə görüşdülər
Bu xəbər oxucular tərəfindən 923 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed