Şrift:
Atamın müəllimi Cəmo bəy Cəbrayılbəyli və onun "Cəmo C" təxəllüsü ilə yazdığı şeirlərindən biri - "Sənsən"
28.03.2018 [08:47] - Gündəm, DAVAMın yazıları
Görkəmli maarifçi Səid Əfəndi Ünsizadənin (Şirvaninin) (1825,Şamaxı-1905,İstanbul) əqidə dostlarından

biri də onunla bir yerdə - Bakı Quberniya Ruhani İdarəsində işləyən Adil bəy Cəbrayılbəyov idi.

Adil bəy Cəbrayılbəyov Şamaxdakı Ali İbtidai Məktəbin məzunudur.
Müxtəlif mənbələrdən topladığımız materiallara əsasən, Adil bəy dövlət və dövlət əhəmiyyətli işlərdə rəsmi sənədlərə işləyən,bu sənədlərə bələd olan və onların yazılmasında fəal iştirak edən rusdilli milli ziyalı kimi tanınır.

Adil bəyin uzun müddət Bakı Quberniyasının Şamaxıda yerləşən Ruhani İdarəsinin kargüzar vəzifəsində işlmişdir.

Adil bəylə ilgili son arxiv sənədlərəri 60 vərəqdən ibarət olmuşdur. Təəssüf ki, bu sənədlər hansı səbəbdənsə makulaturaya verilmiş,tarixi istifadədən uzaqlaşdırılmışdır. Saxlama vahidinin adından məlum olur ki, buradakı sənədlər 1891-ci il fevralın 27-dən aprelin 29-na qədərki dövrü əhatə edirmiş. Bu sənədlər Adil bəy Cəbrayılbəyovun dörd yaşlı oğlu Cəmo bəyin yaş kağızı ilə igilidir.

Bir məsələ hələ də qaranlıq qalır: görəsən, Adil bəy oğlu Cəmo bəyə yaş kağızı (metrika-N.N.) alddımı?

Bu barədə təqqiqatçılar hələ heç nə deyə biməyivlər. Cəmo bəydən yazırlar,söhbət açırlar, amma ortalıqda hələ, demək olar ki, tutarlı ilkin elmi- bioqrafik məlumat yoxdur. Yeganə mənbə kimi Cəmo bəyin ölümündən bir il sonra nəşr olunan Cəmo bəy Cəbrayılbəylinin "Xatilərim" adı ilə nəşr olunan əsərdir.


Cəmo bəy Cəbrayılbəylinin ömür payına iki əsrdən 78 il düşüb: 1887-1965. Atasının ölüm tarixi bilinmir (Hər halda adını cəkdiyimiz arxiv sənədlərinə görə 1891-ci ilin iyun ayı da daxil olmaqla hələ sağ imiş). Adil bəyin böyük qızı şamaxılı şair Ağali bəy Nasehin həyat yoldaşı idi. Ağali bəy Naseh Şamaxıda dövlət idarəsində dilmanc işləyirdi. O, M.Ə.Sabir, A.Səhhət,M.Mahmudbəyov kimi ziyalıların ən yaxın, səmimi dostlarından idi.


Cəmo bəy Şamaxı şəhər məktəbində oxuyub. Həsən bəy Zərdabi də bu məktəbdə oxuyub.
Bu məktəbdə Cəmo bəyin ana dili və şəriət müəllimi Seyid Əzim Şirvaninin oğlu Mir Cəfər idi. Bir sıra tədqiqatçılar Cəmo bəyin dövlət hesabına oxumasında Mir Cəfərin xidmətlərini yüksək qiymətləndirirlər.
Şamaxı şəhər məktəbi təlimi rus dilində olan təhsil oşağı idi.Burada Avropa təhsilli rus və Avropa təhsilli, universitet bitirmiş müəllimlər dərs deyirdi.

Bu məktəbin tarixində təkcə şəriət müəllimləri rus dilin yaxşı bilən azərbaycanlılar omuşlar.

Şamaxı Şəhər Məktəbi şagirdləri ali məktəbə daxil olmağa hazırlayan təhsil ocağı idi. Tədqiqatçıların yazdığına görə, Cəmo bəy burada 1896-1901-ci illərdə oxumuşdur. 1908-ci ildə xüsusi komissiya üzvlərinə imtahan verərək müəllimlik attestatı almış,1919-cu ilədək Şamaxıda müəllimlik etmişdir. Sonralar Bakıya köçmüş, bir sıra məktəblərdə müəllimlik etmişdir.

Cəmo bəyin müəllimlik fəaliyyətində S.M.Qənizadənin ona göstərdiyi qayğı xüsusi qeyd edilməlidir. Qori şəhərində yaradılan Zaqafqaziya Müəllimlər Seminaruiyasına 1905-ci il avqust ayının 3-də inspektor təyin edilən S.M.Qənizadə

3 ildən sonra əmrlə işdən çıxarılır. Bu əmr direktor M.Miropiyev ilə S.M.Qənizadənin aralarında tədris layihəsi ilə əlaqədar olan fikir müxtəlifliyi bağlı idi. S.M.Qənizadə Qafqaz Təhsil Dairəsinin popeçiteli N.Rudolfa müraciət edərək, günahkar olmadığını sübut edir və ona Qoridəki vəzifəsindən daha üstün olan vəzifə verilir. O, Bakı-Dağıstan Xalq Məktəbləri İdarəsinin inspektoru vəzifəsinə təyin olunur. Cəmo bəyin Bakı məktəblərindəki nümunəvi müəllimlik fəaliyyəti məhz bu dövrün başlanğıcı ilə əlaqədardır. Cəmo bəy Cəbrayılbəyli Xalq Maarif Komissarlığının xətti ilə bir sıra irimiqyaslı tədbir və layihələrdə fəal iştirak edir, uşaq pedaqoji mətbuatının formalaşmasında S.M.Qənizadə ,Ə.Cəfərzadə, A.İsrafilbəyli, A.Talıbzadə,Q.Mirzəzadə, K.İsmayılov, F.Ağayev və başqaları ilə birlikdə nümunəvi işlər görür; layihələrlə çıxış edir, rus və Avropa ədəbiyyatından etdiyi tərcümə və tədilləri ilə məktəblilərin mütaliə mədəniyyətinin yüksəldilməsinə çalışır. Onun "Maarif","Qızıl yıldız","Qırmızı günəş" və sair uşaq mətbuatındakı müxtəlif imzalarla çap etdirdiyi təbiət hekayələri, şeir və marşları bu gün də maraqla oxunur. Cəmo bəyin bir sıra hekayələrinin qəhrəmanı geniş maraq dünyası olan Adildir.
Cəmo bəy oğluna atasının adını vermişdir. Nəvə Adil Cəbrayılbəyli (1924-1991) Bakıda Bülbül prospektində yerləşən Respublika Dəri-Zöhrəvi Xəstəxananın baş həkimi olmuşdur.
Atam hər dəfə Bakıya gələndə mütləq qohum-əqrəbalarına, dostlarına baş çəkərdi;babamın xalası oğlu professor Emin Əfəndiyev, müəllimləri Püstəxanım Yüzbaşinskaya, Cəmo bəy Cəbrayılbəyov, ADU-nun müəllimləri-Yusif Şirvan , Hidayət Əfəndiyev,bir də Adil Cəbrayılbəyli.Mən onlardan yalnız üç nəfərini ziyarət etmişəm.Cəmo bəy Cəbrayılbəylinin "Xatirələrim" kitabını birnəfəsə oxuyandan sonra doktor Adil Cəbrayılbəylinin ziyarətinnə getmədiyimin indi peşmançılığını çəkirəm;fəhlə həyatından yazılar yazmaqdansa, 20-30-cu illərin ziyalıları haqqında nə qədər yazı yazmaq olarmış...Təəssüf, səd təəssüf...
Yenə də, yaxşı ki,arxiv və bəzi kitabxanalarda bu dövrə aid makulatura olmaqdan qaça bilən materiallar az da olsa qalmışdır.

GoogLe.az-da " Biologiya elmləri- Milli Elektron Kitabxana "

sözlərini yazmaqla Cəmo bəy Cəbrayılbəyliyə aid bir neçə kitab və proqramların adına rast gəldim. Burada xoşuma gəlməyən bircə o oldu ki, bu materialları oxumaq üçün mütləq M.F.Axundov adına Milli Kitabxanaya getməlisən. Mənə elə gəlir ki, Milli Məslisdə elektron kitabların distant oxusu haqqında müzakirələr aparılmalıdır.



Cəbrayılbəyli C. Akvarium və terrarium [Mətn] C.Cəbrayılbəyli.- B.: Azərnəşr 1930.- 69, [1] s.



Cəbrayılbəyli C. Bitkilər fiziolojisi terminləri /C.Cəbrayılbəyli; Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu Dil və Ədəbiyyat Şöbəsi Terminoloji Komitəsi.- B.: Azərnəşr, 1931.- 16 s.; 21 sm.

Cəbrayılbəyli C. Fito-sosioloji terminləri /C.Cəbrayılbəyli; Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu Terminoloji şöbəsi.- Bakı: Azərnəşr, 1931.- 8 s. ; 23 sm.



Cəbrayılbəyli Cəmo. Heyvanat dərsləri [Mətn]: birinci dərəcə məsai məktəblərinə görə yazılmışdır /C.Cəbrayılbəyli.- B.: Azərnəşr, 1924.- 102, [4] s.



Cəbrayılbəyli Cəmo. Heyvanat dərsləri [Mətn]: [əmək məktəbləri üçün tədris və pedaqoji kitabları] /C.Cəbrayılbəyli; red. Ə.Əbdürrəhimzadə.- B.: Azərnəşr, 1929.- 91, [1] s.



Cəbrayılbəyli Cəmo. Heyvanat dərsləri [Mətn]: birinci dərəcəli məktəblər üçün /C.Cəbrayılbəyli.- B.: Azərnəşr, 1928.- 100 s.



Cəbrayılbəyli Cəmo. Müxtəsər nəbatat [Mətn]: birinci dərəcə məktəblərə görə yazılmışdır /C. Cəbrayılbəyli; məxəzlər: Troyanski, Vaqner, Traçevski, Kalugin, Harun ər-Rəşid.- B.: Azərnəşr, 1924.- 75, [2] s.

Cəbrayılbəyli Cəmo. Müxtəsər nəbatat [Mətn]: birinci dərəcə məktəblərə görə yazılmışdır/C.Cəbrayılbəyli.- B.: Azərnəşr, 1926.- 75 s.



Cəbrayılbəyli Cəmo. Müxtəsər nəbatat [Mətn]: [əmək məktəbləri üçün tədris və pedaqoji kitablar] /C. Cəbrayılbəyli; red. Ə. Əbdürrəhimzadə.- B.: Azərnşr, 1929.- 64 s.



Cəbrayılbəyli Cəmo. Təbiətə ilk addım [Mətn]: birinci dərəcə məktəblərin ikinci və üçüncü qruplarına görə yazılmışdır /C.Cəbrayılbəyli.- B.: Azərnəşr, 1924.- 126, [4] s.


Burada elə ilk baxışdan öyrənilməli nə qədər material var.
Cəmo bəy Cəbrayılbəyli 1942-ci ildə -55 yaşında alimlik dərəcəsi alıb. Kataloqa baxın,akademiyanın müvafiq institutları biologiya elmləri namizədi C.Cəbrayılbəylinin hər kitabına aid bir dissertasiya işini ortaya çıxara bilər. Bəlkə də mən gecikmişəm ; kimsə Cəmo bəyin elmi üslubuna aid məqalə yazıb. Amma hər halda mən də bu mövzuda sanballı bir yazı hazırlayacağam.
Mətbuat tarixinə aid layihə üzərində işləyərkən Cəmo Cəbrayılbəylinin Azərbaycan Demokratik Cümhuriyyəti dövründə və 1920-ci illərdə uşaq mətbuatı səhifələrində həm pasportdakı adı ilə, həm də "CƏMO" ("CAMO" yox-N.N.) təxəllüsü ilə xeyli bədii, elmi-bədii,elmi-publisistik əsər,ən başlıcası siyasi nəğmə-marş yazdığının şahidi oluruq. Hələ də bəzi alimlər " Cəmo" təxəllüsünün kimə aid olması yəqinləşdirməkdə çətinlik çəkirlər: “Cəmo”nu

CAVAD AXUNDOV MƏMMƏDƏLİ OĞLU

kimi oxuyurlar. Bir az gülməli çıxır: görəsən , "axund" sözünü incə saitlə oxuyan varmı?

”Cəmo”nu Camo Hacinski, Əhməd Cavad kimi açıqlamaq istəyənlər bilməlidirlər ki, rusdilli Hacinski heç vaxt nə rusca, nə də Azərbaycan dilində şeir yazmayıb, Əhməd Cavad kimi nəğməkar şair də adını düz yazanlardandır.

***
Cəmo bəy Cərayılbəylinin 1930-cu illərdə pedqoji və uşaq mətbuatındakı fəaliyyəti haqqında ayrıca bir yazı hazırladığımız üçün bu dövrün materiallarının incələnməsini sonraya saxlayırıq.

İndilikdə isə Cəmo bəy Cəbrayılbəylinin

"Yeni yıldız"ın 1922-ci ilə aid 2-ci nömrəsində dərc olunmuş "Cəmo C" təxəllüsü ilə yazdığı

dörd bəndlik dördlüyünü -"Sənsən" şeirini oxuculara təqdim edirik.

Şeirin hər bəndi abab kimi qafiyələnmiş, "sənsən" rədifindən əvvəl

ey pəri, dilbəri; məzhəri,əzbəri ; əxtəri, gövhəri; rəhbəri, dəftəri leksik vahidləri qafiyэ kimi işlənmişdir.

Yeri gəlmişkən onu da deyək ki, ayda bir dəfə nəşr olunan ədəbi, fənni, siyasi məcmuə olan "Yeni yıldız"ın bu nömrəsində Cəmo bəy Cəbrayılbəylinin "İctimai hifzi-səhhət” adlı maraqlı bir elmi yazısı da çap olunmuşdur.

Bu barədə sonrakı yazılarımızda ayrıca söz açmaq niyyətindəyik.




Sənsən

Ey dilbərim,ey güllərcəm, ey cahcəlalım,
Sənsən bana dirilik gətirən, ey pəri , sənsən!
Ey eşq səmasında gəzən şanlı hilalım,
Şu cürmlərin (günahların-N.N.)cümləsinin dilbəri sənsən!


Bin dərdə,bəla atəşi sövq edən sənsən,
Bin dürlü səfa məninin məzhəri sənsən.
Qan ağlatub,aşiqlərə baş gəzənsən
Bir baq yenə hər aşiqinin əzbəri sənsən!

Ey nur saçan, gün kibi afaqı işıqlat,
Ruh aləminin nur saçan əxtəri sənsən.
Bu kəsələtdə (kefsizlikdə-N.N.) bənim ruhumi ilham ilə anlat,
Sənət yaratan qüvvələrin gövhəri sənsən!

Bir şeiri- məlahətsən,aman bəndən uzaşma,
Əşara yaqın qalblərin rəhbəri sənsən,

Aşiqin işini etsə yürəklərdə təcəlli.

Həp anlar odum : xilqətin hər dəftəri sənsən!

Cəmo C.


***

Hər dəfə Şamaxıya gedəndə "Yeddi günbəz"qəbirstanlığında M.Ə.Sabiri də, onun qəbrinin ayaq tərəfində dəfn olunmuş babamın atası Nəsrəddin İsmayılovu da, Yusif Şirvanı da, eləcə də Cəbrayılbəyovları da ziyarət edirəm. Bunlar qohum-əqrəbalarımızın hər gün salam-kəlamı olan şamaxılılardır, qohumlardır,dostlardır...
***


...Şamaxıda M.Ə.Sabirin məqbərəsindən 20-25 metr aralıda üzü Bakıya tərəf bayramdan bayrama yada düşən
3 qəbir var:

Cəmo Cəbrayılbəyli (1887-1965)

Şəfiqə Əliəşrəf qızı Cəbrayılbəyli (22.03.1900-10.05.1982)

Adil Cəmo oğlu Cəbrayılbəyli (1924-1991)

Bunların hər üçü tariximizdə izi və sözü olan insanlardır.



Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
türkoloq.

27.03.2018.
Bu xəbər oxucular tərəfindən 623 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed