Şrift:
Yaponiyada 5,1 bal gücündə zəlzələ olub
30.03.2018 [11:33] - Gündəm, Hadisə
Martın 30-da səhər saatlarında Yaponiyanın mərkəzi hissəsində 5,1 bal gücündə zəlzələ baş verib.

Yaponiya Milli Meteorologiya Agentliyi xəbər verir ki, yeraltı təkanların episentri İbaraki prefekturasında, ocağı 60 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Meteoroloqlar sunami xəbərdarlığı elan etsələr də, onu bir neçə dəqiqədən sonra ləğv ediblər. Zəlzələnin Fukuşima, İbaraki, Çiba və paytaxt regionu daxil olmaqla Yaponiyanın şimal-şərqində yerləşən altı prefekturada hiss olunduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 562 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed