Şrift:
Fərhad Məmmədov: Ermənistan işğalçı siyasəti nəticəsində regiondakı inkişafdan geri qalıb
28.06.2012 [11:24] - Xəbərlər
Son 20 il ərzində Cənubi Qafqazda bir çox proseslər baş verib - uğurlu hadisələr olub, münaqişə yaranıb, beynəlxalq və regional layihələr həyata keçirilib. Bunu cümə axşamı jurnalistlərə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov deyib.
"Bu gün keçirilən tədbirdə son 20 il ərzində Cənubi Qafqazda cərəyan edən prosesləri təhlil etmək və tədbirin adından da göründüyü kimi, həmin proseslərdən dərs götürmək və gələcəyə baxışın formalaşması üçün fikir mübadiləsi aparmaqdır", - Məmmədov bildirib.
Qeyd edək ki, Bakıda bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), "Caucasus International" və "Turkish Policy Quarterly" jurnallarının birgə təşkil etdiyi "Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri" mövzusunda beynəlxalq konfrans işinə başlayıb.
Konfransda Cənubi Qafqaz ölkələrini və Türkiyə Respublikasını təmsil edən bir sıra ekspertlər iştirak edirlər.
Məmmədov deyib ki, Cənubi Qafqazda iki ölkənin, Azərbaycan və Gürcüstanın uğurla inkişaf etməsi reallığa çevrilib, onların gələcəyə baxışlarının formalaşması üçün resursları, imkanları var, lakin bir respublika qalır ki, öz işğalçı siyasəti nəticəsində izolyasiyaya məruz qalıb, beynəlxalq layihələrdən təcrid olunub.
"Bu gün biz bunu müzakirə edəcəyik. Biz beynəlxalq ictimaiyyətə nümayiş etdirmək istəyirk ki, Ermənistan öz işğalçı siyasəti nəticəsində bu vəziyyətə düşüb və bu vəziyyətdən çıxmaq üçün öz işğalçı siyasətindən əl çəkməlidir. Biz birgə yaşamağa hazırıq, Azərbaycan Respublikası daxilində Dağlıq Qarabağa ən yüksək status təmin edilə bilər və Ermənistan bu münaqişədən sonra firavan və inkişaf edərək yaşaya bilər", - SAM rəhbəri əlavə deyib.
Bu xəbər oxucular tərəfindən 1011 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed