Şrift:
Prezidentliyə namizəd Fərəc Quliyev Nizami rayonunda seçicilərlə görüşdü (foto, video)
31.03.2018 [11:25] - Xəbərlər, MDH, Özəl xəbər, Fərəc Quliyev
11 aprel 2018-ci il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının Prezidentliyə namizədi Fərəc Quliyev martın 30-da Bakı şəhəri, Nizami rayonun Keşlə qəsəbəsində seçicilərlə görüş keçirdi.

Havanın soyuq və yağıntılı olmasında baxmayaraq, keçirilən görüşdə seçicilərin aktivliyi müşahidə olundu.
Tədbirdən əvvəl təşkilatçılar tərəfindən səsucaldıcılar vasitəsiylə səsləndirilən vətənpərvər və milli ruhda olan mahnılar seçicilərdə yüksək coşqu yaradırdı.
Tədbir başlamamışdan əvvəl Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən görüşün bütün iştirakçılarına Fərəc Quliyevin kitabça şəklində çap edilmiş Seçki Platforması paylanıldı.

Saat 16:00-da başlayan görüşdə rayon sakinləri, Fərəc Quliyevin tərəfdarları, media nümayəndələri və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Səsvermə Prosesini Müşahidə Missiyasının müşahidəçiləri iştirak edirdilər.

Fərəc Quliyevin tərəfdarları öz liderlərini dövlət bayraqları, partiyanın bayraqları və milli şüarlar yazılmış plakatlarla qarşıladılar.
Tədbir açıq elan edildikdən sonra dövlət himni səsləndirildi.
Ardınca giriş sözü ilə çıxış edən Prezidentliyə namizəd Fərəc Quliyevin səlahiyyətli nümayəndəsi Həbib Ələkbərov namizədin tərcümeyi halından, onun ictimai siyasi fəaliyyəti və apardığı milli mücadiləsi ilə bağlı bəzi mühüm məqamları seçicilərin diqqətinə çatdırdı. Sonra natiq namizədin ideoloji baxışları və seçki platformasının istiqamətləri barədə qısa məlumat verdi. O, öz platforması barədə seçicilərə ətraflı məlumat verməsi üçün Fərəc Quliyevi tribunaya dəvət etdi.

Fərəc Quliyev çıxışında seçicilərə Seçki Platformasının əsas prinsiplərini açıqladı. Prezident seçiləcəyi təqdirdə atacağı ilk addımlar barədə danışan namizədin düşüncə və baxışları seçicilər tərəfindən rəğbətlə qarşılandı və bu səbəbdən onun çıxışı dəfələrlə alqışlarla kəsildi.
Prezidentliyə namizəd ümumi prinsiplərlə yanaşı, ayrı ayrılıqda təqqdim etdiyi konsepsiyalarda yer almış ən mühüm məsələlər barədə də seçiciləri məlumalatlandırdı.
Fərəc Quliyev prezident seçiləcəyi təqdirdə bu prinsipləri tam həyata keçirmək niyyətində olduğunu bildirdi.
Lakin müxalifətdə olduğu dönəmdə də platformasında təqdim etdiyi prinsiplərin cəmiyyətə faydasının keçməsi üçün davamlı olaraq təkliflər və tələblər şəklində irəli sürdüyünü vurğuladı.

Platforması barədə danışdıqdan sonra Fərəc Quliyev görüş iştirakçılarının suallarını cavablandırdı və şikayətlərini dinlədi. Edilmiş bütün yazılı və şifahi müraciətlər qeydə alındı və Fərəc Quliyev bütün hallarda bu müraciətləri diqqətdə saxlayacağını və haqlı şikayətlərin həllinə çalışacağını bildirdı.

Tədbirin sonunda Prezidentliyə namizəd seçiciləri ilə səmimi söhbətlər apardı, tərəfdarları onunla xatirə şəkilləri çəkdirdı. Görüş iştirakçıları Fərəc Quliyevə layiqli namizəd olduğunu və ona səs verəcəklərini bildirdilər.

İki saat davam edən görüş, saat 18:00-da başa çatdı və Fərəc Quliyevin “Biz Gələcəyik” seçki şüarına uyğun olaraq, eyni adlı mahnının səsləndirilməsi ilə yekunlaşdı.

Milli Dirçəliş Hərəkatı Partiyası
Mətbuat Xidməti

Həmin görüşlə bağlı görüntüləri və videonu təqdim edirik:

Bu xəbər oxucular tərəfindən 2045 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed