Şrift:
Xocalı soyqırımının Türkiyə tərəfindən tanınması məsələsi müzakirə olunub
28.06.2012 [11:39] - Diaspor
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) başqanı Bilal Dündar və TADEF-in İdarə Heyətinin üzvləri Türkiyə Böyük Millət Məclisinin sədri Çəmil Çiçək, Türkiyə-Azərbaycan dostluq qrupunun başqanı Necdet Ünüvar, AKP, CHP, MHP-nin parlamentdəki fraksiya rəhbərləri və digər millət vəkilləri ilə görüş keçiriblər.

Bu barədə Davam.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüşdə Azərbaycanla əlaqələr, Türk və Azərbaycan diasporlarının əməkdaşlığı, XX əsrin ən ağır faciələrindən olan Xocalı soyqırımının Türkiyə tərəfindən tanınması məsələsi müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 1217 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed