Şrift:
Filarmoniyada dahi bəstəkar Qara Qarayevin əsərləri səsləndiriləcək
02.04.2018 [11:06] - Mədəniyyət, Bildiriş
Aprelin 14-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti Qara Qarayevin 100 illiyi çərçivəsində növbəti tədbir təşkil olunacaq.

Filarmoniyadan bildirilib ki, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak edəcəyi konsertdə dahi bəstəkarın əsərləri səsləndiriləcək.

“Tristessa” adlı konsert proqramını Fuad İbrahimovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. Konsertin solisti tanınmış soprano ifaçısı Fəridə Məmmədovadır.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed