Şrift:
2018-ci ilin fevral ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb
05.04.2018 [11:02] - Gündəm, İqtisadiyyat
28 fevral 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28.5 mlrd. manat, cəmi öhdəlikləri isə 24.6 mlrd. manat təşkil edib.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Məlumata görə, sektorun balans kapitalı 3.9 mlrd. manat, əhalinin əmanətləri isə 7.7 mlrd. manat olub. 2018-ci ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1.2% (329 mln. manat), öhdəlikləri 1% (246 mln. manat), kapitalı isə 2.2% (83 mln. manat) artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,444 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,331 nəfər təşkil edib.

28 fevral 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.
Bu xəbər oxucular tərəfindən 441 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed