Şrift:
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Azərbaycanı hədələyir
28.06.2012 [12:26] - Siyasət
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Azərbaycanı hədələyir. KTMT baş katibi öz "hərbçi səmimiyyəti" ilə İrəvanda bildirib ki, əgər erməni hərbçiləri Azərbaycanla müharibə başlayacağı təqdirdə güc gələ bilməsələr, onlar özləri Ermənistana kömək edəcəklər.

Ermənistanın bu quruma üzvlüyünün Azərbaycan üçün maneə faktoru ola biləcəyi barədə suala isə cavabı müsbət olub. O qeyd edib ki, müttəfiqlərin mövcudluğu və tərəfdaşların köməyi çox vacib faktordur.

Rusiyalı general bildirib ki, Ermənistanın KTMT-yə üzvlüyü Qafqaqzda stabilliyi qorumaq nöqteyi nəzərindən çox müsbət faktordur.

Bordyuja sadəcə olaraq siyasi savadsızlığı ilə kimin torpağının kim tərəfindən işğal edildiyini bilmir.

Azərbaycanın ünvanına tez-tez hədələrlə çıxış edən generalın ritorikasına fikir verməmək də olar. Ancaq kiçik bir nüans var. Rusiya rəhbərliyi dəfələrlə qeyd edir ki, Azərbaycan onlar üçün çox vacib strateji tərəfdaşdır. Onda, generalın bu bəyanatını necə başa düşmək olar?

Bəlkə ona başa salmaq lazımdır ki, o sadəcə hərbçidir və vəzifəsi ictimai, siyasi bəyanatlar səsləndirmək yox, əmrləri icra etməkdir.

Qeyd edək ki, İrəvan da cənab Bordyujanın çox xoşuna gəlir. Burada o digər KTMT-ya üzv ölkələrin paytaxtlarına nisbətən daha çox olur.
Bu xəbər oxucular tərəfindən 1020 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed