Şrift:
“Azərenerji” ASC Prezident seçkiləri ilə əlaqədar xüsusi rejim tətbiq edib
06.04.2018 [13:28] - Gündəm, Sosial
Bu ilin I rübündə - yanvar, fevral və mart aylarında “Azərenerji” ASC-də fəaliyyət göstərən 186 nömrəli “Qaynar xətt” xidmətinə ümumilikdə 2247 zəng daxil olub.

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən verilən məlumata görə,fasiləsiz olaraq, sutka ərzində 24 saat operativ fəaliyyət göstərən xidmətə ünvanlanan sorğular, məlumatlar və şikayətlər dinlənilərək qeydiyyata alınıb. Bütün zənglər həftənin şənbə və bazar günləri də daxil olmaqla nəzərdən keçirilmiş, araşdırılmış və aidiyyəti üzrə istiqamətləndirilib.

Belə ki, təkcə Novruz bayramı ilə əlaqədar olan qeyri-iş günlərində, 20-26 mart tarixlərində “Qaynar xətt” xidməti üzrə ümumilikdə 208 zəng qeydə alınıb. Paytaxt Bakı ilə yanaşı, respublikanın digər şəhər və rayonlarından zəng edən müxtəlif kateqoriyalı qrupların müraciətlərinin əksəriyyəti, yəni, 99 faizdən çoxu “Azərenerji” ASC-nin vəzifə və funksiyalarından kənar olan məsələlərlə əlaqədar olub.

Qeyd edək ki, Azərbaycan Prezidenti seçkiləri ərəfəsində enerji sisteminin dayanqılığı və fasiləsizliyi ilə bağlı xüsusi rejim tətbiq edilib və əlavə tədbirlər görülüb. Baş verə biləcək hər hansısa bir problemin aradan qaldırılması üçün operativ qəza xidmətləri hazır vəziyyətə gətirilib.
Bu xəbər oxucular tərəfindən 265 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed