Şrift:
Bu gün ölkə ərazisində hava isinəcək - 21 dərəcəyə qədər
07.04.2018 [10:08] - Xəbərlər, Bildiriş
Bu gün ölkə ərazisində hava mülayim-isti proqnozlaşdırlıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Hazırda bəzi yerlərdə zəif duman və cənub küləyi müşahidə edilir.

Gündüz saatlarında havanın temperaturunun Abşeron yarımadasında 13-18, Bakıda 15-17 dərəcəyə qədər isinəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə havanın temperaturunun gündüz saatlarında hətta 21, dağlarda 13 dərəcəyə qədər isinəcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 109 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed