Şrift:
Prezidentliyə namizəd Fərəc Quliyevin çağırışı
07.04.2018 [10:49] - Xəbərlər, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev
11 aprel 2018-ci il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının Prezidentliyə namizədi Fərəc Quliyevin aprelin 6-da Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində seçicilərlə görüşü keçirildi.

Bu dəfəki görüşdə təxribat cəhdləri oldu. Bununla bağlı Fərəc Quliyev Azərbaycan xalqına çağırış edib. Həmin çağırışı təqdim edirik:

“Uca Millətim!
Milli düşüncə ilə anti-mili düşüncənin savaşının növbəti mərhələsindəyik.
Rusiyanın rəhbərlərindən olan Volodinin qurduğu Milli Şura adlı anti-milli təşkilat seckilər ertələndiyindən hazırlıqsız yaxalanan ağalarından təlimat ala bilmədi və çaşğınlıqla ən primitiv üsullarla seckiyə qatılan milli demokratik qüvvələrə qarşı fəaliyyətə başladı.
Bizə qarşı Rusiyanın Azərbaycandakı cocuqlarının əli ilə apardığı isterik fəaliyyət gözlənilən idi.Coşqu ilə keçən görüçlərdə uca Millətimizin bizə olan rəgbətindən əndişələnən bu yazıqlar hər vəchlə qarşımızı kəsməyə cəhd edirlər.Xüsusən son görüşümüzdən “reportaj”hazırlayan ,məlum personalar tərəfindən göndərilən,özünü “azadlıq”radiosu müxbirləri kimi təqdim edib,”meydan tv” və Azdalıq qazeti işçiləri çıxan müxbirlərin cahil yazıları bu şəbəkənin nə qədər savadsız və zavallı durumda olduğunu göstırdi.Yüzlərlə görüş içtirakçısı arasından bizim partiyanın üzvü olmayan 3-4 nəfər “tapıb “onların görüşə çağırıldlğını(nə olmaliyd?)cinayət kimi təqdim etməklə nə istədiklərin anlamaq belə olmur.
Bu zavallılar anlamırlar ki,namizədin mənsub olduğu partiya üzvləri ona səs verəcək sabit seçicidir. Görüşlərdə əsas məqsəd namizədin düşüncələri ilə yetərincə tanış olmayan elektoratla görüşmək və etimad qazanmaq, səsini almaqdır.

MDHP-nin fədakar üzvləri və təəssübkeşləri!İmzatoplama kompaniyasında,Respublika üzrə məntəqələr üzrə plakatların vurulması ,təşviqat materiallarının yayılması,minlərlə müşahidəçinin təyin olunmsı prosedurundakı zəhmətiniz əvəzedilməzdir.

Görüşlərdə yalnız partiyamızın üzvlərinin iştirakı təmin olunmamalıdır.Bu secki Partiyanın konfrans və ya qurultayi deyil ki,yalnız partiyamızın üzvləri iştirak etsin.Əksinə -hər bir partiya üzvü və təəssübkeşi daha çox başqa partiya üzvlərini ,bitərəfləri ,siyasətdən müxtəlif səbəblərdən kənarda olan hər kəsi məqbul bildiyi bütün üsullarla mənimlə görüşlər və seçki günü isə səsverməyə dəvət etsin.Rusiyanın cocuqlarının istəmədiyi budur-Sizlərsə məhz bunu edəcək və Volodinin zavallı cocuqlarının primitiv layihələrini pozacaqsınız.
Vətəndaşları çaşdıraraq görüş və seckidən yayındırmaq layihəsinin qarşısını fəallığınızla alacaqsınız.


Seçicilərlə görüşlərimin təşkilində təbliğat-təşviqat işinin yüksək səviyyədə qurulması təqdir olunandır və bundan sonra da :

Yaşadığıniz ərazilərdə,işlədiyiniz məktəb və tibb müəssisələrində,elm mərkəzlərində,büdcə təşkikatlarında hər kəsin keçirəcəyim görüşlərə dəvət olunmasını davam etdirin.Bu insanların secki günü fəallıq göstərməsini seckilərdə iştirak etməsini təşviq edin.
Partiyamızın üzvü və təəssübkeşi olan məktəb direktorları,digər yerlərdə olan rəhbər işçilər çağırışımı nəzərə alın.
Bu tam qanuni bir prosedurdur.
Seçki hakimiyyətə gəlməyin yeganə qanuni yoludur!
Uca Millətim, bir daha bəyan edirik-başqa dövlətlərə”uşaqlıq”edənlər Millətimizə heç vaxt böyüklük edə bilməyəcəklər.Bizlər-Milli Demokratik düşərgə buna imkan verməyəcəyik!Bizlər gələcəyik- milli düçüncə iş başına!”

Milli Dirçəliş Hərəkatı Partiyası
Mətbuat Xidməti


Həmin görüşlə bağlı görüntüləri təqdim edirik:



Prezidentliyə namizəd Fərəc Quliyevin çağırışı

Prezidentliyə namizəd Fərəc Quliyevin çağırışı

Prezidentliyə namizəd Fərəc Quliyevin çağırışı

Prezidentliyə namizəd Fərəc Quliyevin çağırışı

Prezidentliyə namizəd Fərəc Quliyevin çağırışı

Prezidentliyə namizəd Fərəc Quliyevin çağırışı

Prezidentliyə namizəd Fərəc Quliyevin çağırışı

Prezidentliyə namizəd Fərəc Quliyevin çağırışı

Prezidentliyə namizəd Fərəc Quliyevin çağırışı

Prezidentliyə namizəd Fərəc Quliyevin çağırışı
Bu xəbər oxucular tərəfindən 4227 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed